Azərbaycanda bir nəfərin təhsil almasına bu qədər vəsait XƏRCLƏNİR

 12:26 06.06.2022     4047

2021-ci ildə bir nəfərin təhsil almasına sərf olunan orta xərc 1767 manat olub.

Redaktor.az xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

O bildirib ki, bu göstərici inkişaf etmiş ölkələrlə müqayisdə dəfələrlə aşağıdır:

"Təhsil xərcləri artmalıdır. Növbəti illərdə biz bunu nəzərdə tuturuq" (apa).