Azərbaycanda bu qədər tələbənin təhsil haqqını dövlət ödəyir

 15:10 06.06.2022     1311

"Ali təhsil pilləsində əhatəliyin genişləndirilməsi üçün əlavə tədbirləri həyata keçirməyə başlamışıq".

Redaktor.az xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Onun sözlərinə görə, ali təhsil pilləsində təhsil alan tələbələrin 46 faizi dövlət büdcəsi vəsaiti hesabına təhsil alır.

"Ali təhsil pilləsində təhsil alan tələbələrin 54 faizi isə ödənişli təhsil alır. Ödənişli təhsil alan tələbələrdən də sosial həssas qrupa aid olan tələbələr mövcuddur. Onların da vəsaitləri dövlət büdcəsi hesabına ödənilir. Bunlar məcburi köçkünlər, şəhid ailələri, valideyn himayəsindən məhrum olmuş və ya valideynini itirmiş şəxslərdir, I və ya II dərəcəli əlilliyi olan, sağlamlıq imkanları məhdud olan şəxslərdir. Onların sayı ali təhsildə toplam olaraq 17 400 nəfərdir. Baxmayaraq ki, onlar ödənişli təhsil alırlar, ancaq təhsil haqqı xərclərini dövlət qarşılayır", - deyə nazir müavini bildirib.