Müəllimlərin yerdəyişməsində uğur qazananların sənədləri yoxlanılır

 18:39 06.06.2022     8029

Bu gündən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində uğur qazanan namizədlərin sənədlərinin yoxlanılması prosesinə başlanılıb.

Bu barədə Redaktor.az-aTəhsil İnstitutunun İnsan Resursları Mərkəzindən xəbər verilib.

Bildirilib ki, bu mərhələdə müsabiqə üzrə vakant yer tutmuş namizədlərin sənədlərinin düzgünlüyü yoxlanıldıqdan sonra iş yerinin dəyişdirilməsi təsdiqlənir.

Sənədlərin (şəxsiyyəti təsdiq edən sənədin əsli; ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin əsli; əmək kitabçasının əsli; əvvəlki iş yerindən əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən çıxarış) yoxlanılması prosesi 8 iyun tarixinədək davam edəcək.