Bağçaya getməyən uşaqlar məktəbə götürülmür? - Nazirlikdən AÇIQLAMA

 17:37 07.06.2022     2851

Təhsil Nazirliyi sosial şəbəkələrdə uşaq bağçasına getməyən uşaqların məktəbə götürülməməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

Redaktor.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev məktəbəqədərtəhsil müəssisələrinə uşaqların qəbul prosesi ilə bağlı sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, valideyn öz övladını uşaq bağçasında məktəbəhazırlıq qrupu varsa ora, ya da gələcəkdə birinci sinfə qoymaq istədiyi məktəbdə məktəbə hazırlıq qrupuna qoya bilər:

"Lakin valideynin yalnız bunlardan birini seçmək imkanı var, ikisini də seçə bilməz".

E.Əliyev deyib ki, valideynlər uşaqlarını bağçaya qoymaq istəyirlərsə, onlara şəxsiyyət vəsiqəsi almalıdırlar:

Almayanlar isə Ədliyyə Nazirliyinin sistemində valideynlərinin FİN kodu əsasında uşağın şəhadətnaməsinin kodunu əldə edə bilərlər. Lakin daha asan yol ilk imkanda uşağa şəxsiyyət vəsiqəsi almaqdır”.

Şöbə müdiri həmçinin qeyd edib ki, öÖvladını uşaq bağçalarının məktəbəhazırlıq qrupuna qoymaq istəyən valideyn müəllimi və qrupu özü seçə bilməyəcək:

"Bununla bağlı yenilik olarsa, ictimaiyyətə məlumat veriləcək”.