Bağçada müəllim uşağın saçını yoldu - YENİLƏNİB - VİDEO

Şamaxıda uşaq bağçasında azyaşlıya qarşı zorakılıq edilib.
Redaktor.az xəbər verir ki, sosial şəbəkədə Şamaxı şəhər 3 saylı uşaq bağçasının aşpazının ad günü münasibətilə təşkil olunan mərasimdə tort kəsilərkən uşağın saçından dartması barədə video görüntülər yayılıb. Araşdırmalar zamanı məlum ki, bağçanın aşpazı Balkiyeva Sevinc Balağa qızı 2017-ci il təvəllüdlü qızın saçından tutaraq dartıb. Bu isə bağçada azyaşlıya qarşı zorakılıq kimi qiymətləndirilib.
Məsələ ilə bağlı Təhsil Nazirliyinin nümayəndələri bağçaya gəlib, araşdırma aparılır. Araşdırma başa çatdıqdan sonra nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək (apa).
***
Bağçada müəllim şənlik zamanı uşağın saçını çəkib.
Redaktor.az xəbər verir ki, bununla bağlı görüntülər sosial mediada yayılıb.
Belə ki, uşaqların bir arada olduğu şənlikdə hər kəs masa ətrafında toplaşır. Bu zaman müəllim uşaqlardan birinin saçını dartaraq onu geriyə çəkir. Video sosial şəbəkədə müzakirələrə və valideynlərin etirazına səbəb olub (oxu.az).
Həmin görüntüləri təqdim edirik: