Tibb Universitetinə qısa şalvarda, maykada gəlmək qadağan edildi - FOTO

 10:52 08.06.2022     1714

Azərbaycan Tibb Universitetinin kitabxanasından istifadə edəcək tələbələrə geyimlə bağlı qadağa qoyulub.

Redaktor.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə foto məlumat paylaşılıb. Fotoda qeyd edilib ki, ictimai qaydalara uyğun olaraq, Əsaslı Kitabxanaya qısa şalvarda (şortik), maykada gəlmək qəti qadağandır.

Məsələ ilə bağlı Azərbaycan Tibb Universitetindən bildirilib ki, bu sadəcə cəmiyyətdəki etik qaydalara uyğun olaraq verilən bir qərardır.

"Təhsil müəssisələrinin daxili nizam-intizam qaydaları var və bu qaydalara uyğun olaraq müəyyən məsələlərin tənzimlənməsi normal haldır", - deyə universitetdən bildirilib.

Qeyd edək ki, elanla bağlı ilk məlumatı “Azərbaycan Universitetləri” səhifəsi yayıb.

2