Uşağın saçının yolunmasına görə bağça müdiri və aşpaz CƏZALANDIRILDI - VİDEO

 14:08 09.06.2022     1088

Şamaxı şəhər 3 saylı uşaq bağçasında tərbiyəçi tərəfindən uşağın saçının dartılması ilə bağlı sosial mediada yayılan görüntüyə əsasən Dağlıq Şirvan Regional Təhsil idarəsi tərəfindən müvafiq araşdırma aparılıb. 

İdarədən Redaktor.az-a verilən məlumata görə, araşdırma zamanı bağça müdirinin, tərbiyəçinin, aşpazın və uşaq Gülarə Əsədovanın (ad və soyad şərti verilir) valideyninin izahatları alınıb.

"İzahatlardan müəyyən edilib ki, çəkiliş bağçada uşaqlardan birinin ad gününün qeyd edilməsi zamanı baş verib. Tədbir zamanı aşpaz tortu otağa gətirib və bu zaman torta yaxınlaşan uşağın saçından arxaya doğru çəkib. Bağça müdiri aşpazın izahatını alıb və ona sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilib. Aşpaz hadisənin istəmədən baş verməsini bildirib və buna görə üzr istəyib. G.Əsədovanın valideyni izahatında heç kimdən, o cümlədən aşpazdan da şikayəti olmadığını bildirib. Bağçanın müdirinə əmək funksiyasını yerinə yetirərkən yol verdiyi nöqsanlara görə xəbərdarlıq edilib", - deyə Dağlıq Şirvan Regional Təhsil idarəsinin açıqlamasında bildirilib.