Bu məktəbin heç bir məzunu ali məktəbə qəbul OLMAYIB

 12:00 10.06.2022     1621

2021-ci ildə Bakıda yerləşən 152 saylı tam orta məktəbin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

Qeyd edilib ki, qəbul imtahanlarında 306 məktəbin məzunları iştirak edib.