Onlara qətiyyən ikinci şans verilməyəcək - DİM sədri

 13:29 10.06.2022     5949

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanlardan xaric edilən abituriyentlərə ikinci şans verilib-verilməyəcəyinə aydınlıq gətirib.

Redaktor.az-ın məlumatına görə, DİM sədri jurnalistlərə açıqlamasında bildirib ki, qaydaları pozanlara qətiyyən ikinci şans verilməyəcək.

""Bacarana baş qurban", "mən aldatdım" deyənlər "qəhrəman"a çevrilir. Onlar 10-15 nəfərdir. Onları niyə düşünürsünüz? Elə bir şərait yaradırlar ki, kimdəsə inam ölür. Onlara ikinci şans verilməsini deyənlər nə üçün minlərlə uşağı deyil, yalnız qayda-qanunu pozanları fikirləşir. Bu addımı bilə-bilə atıblar və bu il müsabiqədə iştirak etmək hüquqları yoxdur. Qaydalarda belə qeyd edilib", - deyə DİM sədri vurğulayıb.