Nazir müəllimlərin sertifikasiyası ilə bağlı narazılıqlara münasibət bildirdi

 11:25 14.06.2022     4707

Təhsil naziri Emin Əmrullayev müəllimlərin sertifikasiyadan keçirilməsi ilə bağlı bəzi təhsil işçilərinin narazılıqlarına münasibət bildirib.

Redaktor.az xəbər verir ki, nazirin sözlərinə görə, bununla bağlı bütün detallar qaydalarda öz əksini tapıb.

O söyləyib ki, yaşından asılı olmayaraq məktəbdə dərs demək istəyən müəllim sertifikasiyadan keçərək öz biliyinin peşəsinin müasir tələblərinə uyğunluğunu göstərməlidir: "Hesab edirəm ki, bu imtahan əksər müəllimlər, eləcə də əməkdar müəllimlər üçün heç bir problem yaratmayacaq. Çünki son dövrlərdə fəxri adların verilməsi zaman ədalət prinsipini qorumuşuq.

Narazı müəllimlərə gəlincə, qeyd edim ki, sertifikasiya imtahanından bir dəfə kəsilən şəxslərə bir il ərzində növbəti şans veriləcək. Bu kifayət qədər ağlabatan və məntiqli yoldur. Bütün dünyada belə təcrübələr var".