"Valideynlərin şikayətlərini haqlı hesab edirəm, çünki şagirdlər yüklənir" - Nazir

 10:08 15.06.2022     7797

“Fənlərin sayının azaldılması bizim gündəmimizdədir”.

Redaktor.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev AzTV-nin efirində yayımlanan “Hədəf”verilişində deyib.

Nazir qeyd edib ki, valideynlər fənlərin çoxluğundan şikayət edirlər.

“Mən onların bu şikayətlərini haqlı hesab edirəm, çünki şagirdlər yüklənir. Onlar üçün lazımlı fənlər saxlanmalıdır”, - deyə E.Əmrullayev bildirib.