Bu kənddə “Son zəng” cəmi iki məzun üçün çalınıb - FOTO

 11:28 16.06.2022     463

Bu il Şabran rayonunun Qələgah kənd məktəbini cəmi 3 nəfər bitirib. IX illik məktəbin məzunlardan birinin səhhətində problem yarandığından məktəbdə 2 nəfər üçün “Son zəng” çalınıb. 

Redaktor.az-ın məlumatına görə, bu barədə “qafqazinfo”ya məktəbin direktoru Pərvanə Aslanova məlumat verib.

O bildirib ki, artıq məzunlar orta ixtisas məktəblərinə seçimlərini ediblər: “Məktəbimizi bitirən 3 nəfər imtahan verib özlərinə görə müəyyən bal toplayıblar. Şagirdlərimizin topladıqları ballar liseyə qəbula imkan verir. Seçimlər avqustda olacaq deyə hələ ki, gözləyirik. Şagirdlərimizdən biri C. Naxçıvanski adına liseyə səndlərini verib, komissiyadan keçib, iyulun sonunda imtahanı olacaq. Biz 2 nəfər də olsa, onlar üçün “Son zəng” tədbiri keçirməliyik”.

Qeyd edək ki, sözügedən məktəb 9 illik olduğundan təhsilini davam etdirmək istəyənlər qonşu Dağbilici kənd tam orta məktəbinə və ya rayon mərkəzindəki məktəblərə üz tuturlar. 

Qələgah məktəbində “Son zəng” tədbirindən fotoşəkilləri təqdim edirik: