Təhsil Tələbə Krediti Fondunun yaranmasından 1 il ötür

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaranmasından 1 il ötür!
Redaktor.az bildirir ki, dünyanın ən qabaqcıl təcrübələrini özündə birləşdirən Təhsil Tələbə Krediti Fondunun (TTKF) Azərbaycanda da mövcud olması tələbələr üçün yeni imkanlar yaratmış oldu. Maddi imkanları zəif olan gənclərin təhsilinə dəstək missiyasını həyata keçirən TTKF-nin insanların təhsil arzularının gerçəkləşməsinə və tələbələrin təhsilinə dəstəyi ilk günlərdən hiss olunmağa başladı.
Qısa müddət ərzində 6600-dən çox tələbəyə təhsil krediti ayrılıb.
Ümumilikdə son bir ilin statistik məlumatlarına əsasən təhsil tələbə krediti üçün Fonda 10000 nəfərdən çox tələbə müraciət edib.
TTKF sayəsində ödənişli təhsil artıq daha əlçatan oldu. Tələbələr öz təhsil arzularını reallaşdırmaq üçün TTKF-nin yaratdığı imkanladan istifadə edə bilərlər.