Bizim universitetlərin 1 illik təhsil haqqı ilə Türkiyədə 4 illik təhsil haqqını bağlamaq olar" - Ekspert

 14:59 18.06.2022     730

“Universitetlərin tələsinə baxın! Bütün qruplarda 150 ballıq ixtisaslar var. Həmin ixtisasların illik təhsil haqqı ən prestijli ixtisasların bir çoxunun illik təhsil haqqından daha bahadır. Çünki, universitetlər bilir ki, 150-200 bal aralığı yığanlar əlacsızlıqdan “təki qəbul olum” prinsipilə məhz həmin ixtisasları yazacaqlar və nəticədə universitet qazanacaq”.

Redaktor.az xəbər verir ki, bu fikri təhsil eksperti Elçin Əfəndi bildirib.

Onun sözlərinə görə universitetlər bilir ki, 150 ballıq ixtisasa 150-200 bal aralığı nəticə əsasında qəbul olan tələbənin potensialı zəifdir və o, 100% semestr imtahanlarında kəsiləcək:

“Nəticədə fənn üzrə kredit ödəyəcək. O kredit də yenə universitetin büdcəsinə gedir. Beləliklə, hər iki halda qazanan universitetdir. IV kursa kimi birtəhər gələn tələbəni dövlət imtahanında 3-5 min almaqla keçirirsiniz.

Bir də illik təhsil haqları, kəsrlərlə tələbələri vurmayın! Türkiyədə elə universitetlər var ki, təhsil keyfiyyətinə bizim bir çox universitet yaxın gedə bilməz, amma həmin universitetin illik təhsil haqqı 300-700 manat aralığındadı. Bir sözlə bizim bəzi universitetlərin 1 illik təhsil haqqı ilə Türkiyədə 4 illik təhsil haqqını bağlamaq olar. Ona görə də vətəndaş Türkiyə və başqa ölkələrin universitetlərinə üz tutur”.

İLTİFAT

2