Direktorların işə qəbulu üzrə yeniliklər olacaq

 15:10 20.06.2022     2542

Dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə yeniliklər olacaq. 

Redaktor.az xəbər verir ki, imtahanlar regional təhsil idarələri tərəfindən həyata keçiriləcək. 

Prosesin idarələr tərəfindən həyata keçirilməsi barədə müzakirələr aparılır. 

Təhsil Nazirliyindən isə oxu.az-a bildirilib ki, dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesi ilə bağlı yeni mexanizm hazırlanır:

“Mexanizm təsdiq edildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”.