Ağalı kənd məktəbinə müəllimlər seçildi

 16:11 20.06.2022     3764

Zəngilan rayonunun Ağalı kənd orta məktəbi ehtiyac üzrə fənn müəllimləri ilə təmin ediləcək.

Redaktor.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, məktəbdə digər ümumi təhsil müəssisələrində tədris edilən, yəni plana uyğun fənlər tədris olunacaq. Həmçinin, Ağalı məktəbinin birinci sinfinə şagird qəbulu prosesi 14 sentyabr tarixinə kimi davam edəcək. 

Yeni tədris ili ərəfəsində şagirdlərin sayı barədə dəqiq məlumat veriləcək. 

Qeyd edək ki, Ağalı kənd orta məktəbində dərslər ilk dəfə bu ilin sentyabrın 15-də başlayacaq (modern.az).