MİQ imtahanlarında suallar öncədən bəzi iştirakçılara göndərilib? - FOTO

 21:48 16.07.2022     3537

Sosial şəbəkələrdə Müəllimlərin işə qəbulu (MİQ) imtahanında (Riyaziyyat fənni üzrə) istifadə olunmuş sualların imtahandan öncə bəzi iştirakçılara göndərilməsi ilə bağlı məlumat yayılıb.

Redaktor.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov feysbuk hesabında yazıb:

“Təhsil Nazirliyinin dünən keçirdiyi Müəllimlərin işə qəbulu imtahanında Riyaziyyat fənni üzrə olan imtahanda istifadə olunmuş sualların imtahandan öncə bəzi iştirakçılara müəllif - ekspert tərəfindən göndərilməsi barədə çoxsaylı müraciətlər var. Əgər həqiqətən də bu fakt təsdiqini taparsa, böyük tərbiyəsizlik, səriştəsizlik, bacarıqsızlıq nümunəsi olacaqdır. Həqiqətən də, bir sual belə, öncədən göndərilibsə, sizə söz verirəm, bütün təşkilatçıların, o özü özünü yoxlamağa gələn də daxil olmaqla, istefasını təmin edəcəyəm. Kiminsə taleyi ilə oynamaq hüquqları yoxdur”.

Təhsil İnstitutundan “Qafqazinfo”nun soğusununa cavab olaraq bildirilib ki, sosial media resurslarında riyaziyyat fənni üzrə test imtahanlarına dair səsləndirilən fikirlərlə bağlı Təhsil İnstitutu müvafiq araşdırmalar aparır: “Fənn müəllimləri və ekspertlərin iştirakı ilə aparılan araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

***

Təhsil İnstitutunun direktoru Rüfət Əzizov ittihamlara cavab olaraq feysbuk hesabında qeyd edib:

“Bəzi fürsətcil insanlar tərəfindən araşdırma nəticələrini gözləmədən “imtahandan qabaq suallar paylaşılıb” iddiaları tamamilə əsassızdır, böhtandır və sübutsuz iftira kimi qiymətləndirilməkdədir.

Bu il imtahanlardan dərhal sonra sualların həllərinin açıqlanmasına başlanılıb. Bu bir daha imtahanların şəffaflığına və ədalətliliyinə olan əminliyimizin göstəricisidir”.

Həmçinin R.Əzizov da qeyd edib ki, fənn müəllimləri və ekspertlərin iştirakı ilə aparılan araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

2