Peşə Təhsil Mərkəzi tələbə qəbulu elan etdi

 16:54 18.07.2022     9189

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzi 2022-2023-cü tədris ili üçün bir sıra ixtisaslar üzrə tələbə qəbulu elan edib.

Redaktor.az agentliyə istinadən xəbər verir ki, həmin ixtisaslar aşağıdakılardır.

-Veb dizayner və proqram təminatçısı (ödənişli əsaslarla, 1 illik);

-Qrafik dizayner (ödənişli əsaslarla, 1 illik);

-Torna və frezer dəzgahlarının operatoru (dövlət hesabına, 1illik);

-Aqroservis mütəxəssisi (dövlət hesabına, 1 illik);

-Avtomatika üzrə usta (dövlət hesabına, 1 illik);

-Sənayedə quraşdırma işləri üzrə usta (dövlət hesabına, 1 illik);

-Proqramla idarə olunan dəzgahların operatoru (dövlət hesabına, 1 illik);

-Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru (dövlət hesabına, 1 illik);

-İsitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı (dövlət hesabına, 1 illik);

-Mexaniki yığma işləri üzrə çilingər (dövlət hesabına, 1 illik);

-Elektronika ustası (dövlət hesabına, 1 illik);

-Kompüter sistemlərində proqramlaşdırma (dövlət hesabına, 3 illik);

-Sənaye və mülki binalarda elektrik avadanlıqlarının quraşdırılması və istismarı (dövlət hesabına, 4 illik);

-Proqramla idarə edilən sənaye avadanlıqlarının quraşdırılması və istismarı (dövlət hesabına, 4 illik);

4 illik yüksək texniki peşə təhsilini müvəfəqiyyətlə başa vuran tələbələr imtahansız (birbaşa) universitetə qəbul olmaq şansı əldə edəcəklər.

Qəbul müsahibə yolu ilə həyata keçirilir. Müsahibədə orta və tam orta təhsilli şəxslər iştirak edə bilərlər. Tədris müddətində dövlət sifarişi əsasında təhsil alan tələbələr təqaüdlə təmin edilirlər.

Sənədlərin qəbulu 18 iyul saat 11:00-dan 31 avqust saat 18:00-a qədər həyata keçiriləcək. Peşə Təhsil Mərkəzinə qəbul olmaq istəyən namizədlər Elektron müraciət sistemi (https://bit.ly/3IHcAPH) və ya Peşə Təhsil Mərkəzinin inzibati binasına gəlməklə (ünvan: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 1) qeydiyyatdan keçə bilərlər.

Əlavə məlumat üçün telefonlar: (051) 277-37-56, (051) 205-97-54