"Yüksəliş"in qalibi Təhsil Nazirliyində vəzifəyə təyin olundu

 12:26 19.07.2022     2094

Birinci "Yüksəliş" müsabiqəsinin qalibi, siyasi elmlər üzrə fəlsəfə doktoru Turxan Süleyman Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev tərəfindən nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri vəzifəsinə təyin olunub.

Redaktor.az xəbər verir ki, bu barədə "Yüksəliş"dən xəbər verilib.

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsinin mentorluq proqramı çərçivəsində təhsil naziri Emin Əmrullayev müsabiqənin qalibi Turxan Süleymanın mentorudur.