Sumqayıtda şagirdlərdən attestata görə pul tələb edilir - Səs yazısı

 22:04 20.07.2022     1243

Sosial şəbəkələrdə yayılan səs yazısı müzakirələrə səbəb olub.

Redaktor.az xəbər verir ki, səs yazısına görə, açıq-aşkar şəkildə şagirdlərdən pul tələb olunur. 

Hadisə Sumqayıt şəhəri 16 saylı tam orta məktəbdə qeydə alınıb.

Belə ki, müəllimə Hacıyeva Nəcibə Murtuz qızı “WhatsApp” qruplarından birinə 11-ci sinif şagirdlərindən attestat haqqı və digər xərcləri tələb edən səsyazısı göndərib. 

Abşeron-Xızı regional təhsil dairəsindən bildirib ki, hazırda idarə əməkdaşları tərəfindən məktəbdə araşdırma aparılır.

Daha ətraflı Baku TV-nin süjetində: