Sumqayıtda məktəbdə pul yığan müəllim işdən çıxarıldı - VİDEO

Bu gün Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbin müəlliminin valideynlərdən attestat və digər işlərlə bağlı pul istəməsi faktı aşkarlanıb.
Redaktor.az xəbər verir ki, müəllim dərhal işindən azad edilib:
“Müəllimin adını deməyi düzgün hesab etmirik. Məktəb rəhbərliyi ilə bağlı isə məzuniyyətdən qayıtdıqdan sonra qanunvericiliyə uyğun tədbir görüləcək”.
Qeyd edək ki, səs yazısında attestat və digər işlərlə bağlı valideyndən pul tələb olunurdu (oxu.az).