Müəllimlərin əməkhaqqı sistemi yenilənəcək - RƏSMİ

 11:34 27.07.2022     5833

“Azərbaycanda müəllimlərin əməkhaqqı sistemi yenilənəcək”.

Redaktor.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayevin “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, sertifikasiya imtahanından keçən müəllimlərin maaşı artırılacaq:

“137 000 təhsilverənin sertifikasiyası və 68 000 nəfərin differensial əməkhaqqı sisteminə cəlb olunması nəzərdə tutulur”.

Nərmin Vüqarqızı

Vumart və Güvən reklamı Vumart Güvən