2026-cı ildə uşaqların 50%-i məktəbəqədər təhsilə cəlb ediləcək - Təhsil naziri

"1-5 yaş arası uşaqların 32%-i 2021-ci ildə məktəbəqədər təhsilə cəlb edilib".
Redaktor.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı media üçün brifinqinində deyib.
Nazir bildirib ki, 2026-cı ildə bu yaş aralığındakı uşaqların 50%-i məktəbəqədər təhsilə cəlb ediləcək.
Nərmin Vüqarqızı