SABAH qruplarında təhsil alan tələbə sayı artırılacaq

 11:44 27.07.2022     2626

"Hazırda 45-50 min abituriyent tələbə adını qazanacaq. Bu ilki nəticələrin yüksək olacağı gözlənilir".

Redaktor.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı media üçün brifinqinində deyib.

Nazir əlavə edib ki, SABAH qrupları bu mənada özlərini doğruldub. Ona görə də, SABAH qruplarında təhsil alan tələbə sayı 15 000-ə çatdırılacaq.

Nərmin Vüqarqızı