MİQ imtahanındakı saxtakarlıqla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq
“Müəllimlərin işə qəbulu imtahanlarında riyaziyyat fənnindən sualların başqa tərəfə verilməsi yolverilməzdir. Bununla bağlı lazımi addımların atılması üçün hüquq-mühafizə orqanlarına müraciət ediləcək”.
Redaktor.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, bu kimi hallar başqa ölkələrdə də baş verir: “Təhsil Nazirliyi də zərərçəkənlər sıradadır. Çünki müəllimlə aramızda məxfilik müqaviləsi imzalanır. Müəllimlər üçün suallar hazırlayan müəllif də buna əməl etməlidir”.
Nərmin Vüqarqızı












