"Koronavirusa görə məktəblər bağlanmayacaq" - RƏSMİ

"Koronavirusa görə məktəblərin tamamilə bağlanması gözlənilmir".
Redaktor.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayevin “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı keçirdiyi brifinqdə bildirib.
Nazir onu da əlavə edib ki, payız ayında mövsümi xəstəliklərə, o cümlədən koronavirusa yoluxanların sayında artım müşahidə olunur. Bu səbəbdən ayrı-ayrı məktəblərdə yalnız siniflər karantinə görə bağlana bilər.
Nərmin Vüqarqızı