Təhsil naziri müəllimlərin əksəriyyətinin problemini AÇIQLADI

 12:48 27.07.2022     5906

“Məktəblərdə hər şeyi eyni vaxtda yaxşı etmək heç də asan deyil. Maddi-texniki bazanın zəif olması qəbulediləndir. Lakin son zamanlar bu istiqamətdə çoxlu tədbirlər görülür”.

Redaktor.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.

O, qeyd edib ki, növbəti ilin əvvəlinə 75 faizdən artıq şagirdin təhsil aldığı məktəb internetə qoşulacaq:

“Bu rəqəm əvvəl 10 faiz idi. Məktəbdə ağıllı lövhələrin olması da bacaran müəllim üçün əlavə alətdir, müsbətdir. Bu lövhə olmadan da müxtəlif fənlərdən yüksək nəticə əldə etmək olar. Müəllimlərin əksəriyyətinin problemi metodika ilə bağlıdır”, - deyə nazir bildirib.

Nərmin Vüqarqızı