Cəzalandırılan bağça direktorlarının sayı AÇIQLANDI

 13:22 27.07.2022     4582

“Uşaq bağçalarında aparılan monitorinqlər hər zaman davam edəcək, çünki bu, dövrü prosesdir”.

Redaktor.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, bu günə qədər 51 uşaq bağçasının direktoru vəzifəsindən azad olunub, bir neçə yüz adama töhmət verilib və xəbərdarlıq edilib: “Problemlər çoxdur, həlli qısa zaman ərzində mümkün deyil. Sadəcə səbrli olmalıyıq”.