"Çalışırıq ki, şagirdlərin qarşısına savadlı müəllimləri çıxaraq” - Nazir

“Müəllimlərin sertifikasiyası ilə bağlı çoxlu fikirlər səsləndirilir, izləyirik və heç bir narahatlıq yoxdur”.
Redaktor.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Nazir qeyd edib ki, əmək haqqının artımlarının qanunvericilikdə əks olunması sevindiricidir.
“Məktəb direktorlarının təyinatı zamanı da yalnız yüksək nəticə göstərən müəllimlərin seçiminə önəm veriləcək. 3-5 ildən sonra təhsildə sertifikasiyanın müsbət təsirlərini görəcəyik. Çalışırıq ki, şagirdlərin qarşısına savadlı müəllimləri çıxaraq”, - deyə E.Əmrullayev bildirib.
Nərmin