“Hər bir uşağın intiharı faciədir” - Emin Əmrullayev

 15:26 27.07.2022     422

“Hər bir şagirdin, uşağın ölümü, intiharı faciədir”.

Redaktor.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev qəbul imtahanlarında bal toplaya bilmədiyi üçün intihar edənlərə bağlı məsələyə münasibət bildirərkən deyib.

“Sözün düzü, biz bunu hər zaman aşağı bal yığmış şagirdlər arasında görmürük. Təhsilin bütün mahiyyəti şagirddir. Bu mənada istər valideynlər, istərsə də müəllimlər başa düşməlidir ki, həyatın mənası ali təhsil müəssisəsinə qəbul deyil. Birmənalı olaraq uşaqlara qarşı qısnama qəbuledilməzdir. Hər bir adamın öz övladına dəstək olması onun valideyn borcudur”, - nazir əlavə edib.

Nərmin Vüqarqızı