Emin Əmrullayev növbəti dərs ili barədə əmr İMZALADI

 15:15 28.07.2022     2948

Növbəti tədris ili sentyabrın 15-də başlayacaq.

Redaktor.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən növbəti tədris ili sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq.

Qeyd edək ki, iyulun 27-də keçirilən brifinqdə E.Əmrullayev dərs ilinin 1 sentyabrda başlayıb, 31 mayda bitməsinin tərəfdarı olduğunu açıqlamışdı.