İnstitutlarda çalışan alimlər ixtisar ediləcək? - AÇIQLAMA

 18:58 29.07.2022     1396

“İnstitutlarda çalışan alimlərin ixtisarından söhbət getmir. Çünki məqsəd ixtisar etmək və yaxud kimisə işdən çıxarmaq deyil”.

Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “AzTV” telekanalının “Hədəf” verilişinə müsahibəsində deyib.

O bildirib ki, uzunmüddətli inkişaf elmsiz mümkün deyil, bu səbəbdən ixtisarlar baş verməyəcək.

E.Əmrullayev qeyd edib ki, nazirliyin daxilində koordinasiya qurumları ola bilər:

"Nazirliyin Kollegiyasında da elm tərəfindən olan insanların təmsilçiliyi olduqca vacibdir”.

Xatırladaq ki, ötən gün Prezident İlham Əliyevin imzaladığı fərmanla Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi adlandırılıb və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir sıra institutları nazirliyin tabeliyinə verilib.