"Elmlə bağlı danışanda yaş faktoru çox qabardılır" - Nazir

 23:12 29.07.2022     2282

“Elmlər Akademiyası, elmlə bağlı danışanda yaş faktoru çox qabardılır. Səmimi desəm, yaş faktorunun ciddi problem olduğunu düşünmürəm. Mənə görə insanların yaş yox, təcrübələri önəmlidir”.

Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AZTV-yə müsahibəsində bildirib.

“Elmdə, ümumiyyətlə yaş həmişə yuxarı olur. “Nobel” mükafatları alanlar sırasında da gənclər az olur. Ancaq bu varisliyin, dayanıqlıyın təmin edilməsi üçün gənclərin elmə cəlb edilməsi olduqca vacibdir. Bu sahəyə gələn gənclərin hansı stimulları var, bunu nəzərə almalıyıq”, - elm və təhsil naziri vurğulayıb.