Təhsil naziri bu rayona sektor müdiri təyin etdi - FOTO

Goranboy rayonun təhsil sektoruna yeni rəhbər təyin olunub.
Redaktor.az "mizim.media"ya istinadla xəbər verir ki, Goranboy rayon T.Əliqulu oğlu adına Borsunlu kənd 1 nömrəli tam orta məktəbin direktoru Xəyal Sakit oğlu Məmmədov Goranboy Rayon Təhsil Sektorunun müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Goranboy Təhsil Sektoru Gəncə-Daşkəsən Regional Təhsil İdarısinin strukturuna daxildir.
