MİQ-in müsabiqəsində şəhid ailələrinin üzvlərinə üstünlük VERİLƏCƏK

 17:44 01.08.2022     833

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsi davam edir.

Bu barədə Redaktor.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, namizədlər avqustun 2-si saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər. Vakansiya seçimi zamanı diqqətli olmalı, seçimi yekunlaşdırdıqdan sonra təsdiqləməlidirlər.