Müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçiminə başlanılır

 16:40 03.08.2022     1983

4 avqust saat 11:00-dan etibarən bütün fənlər üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinə start veriləcək.

Bu barədə Redaktor.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bütün fənlər üzrə 40 və daha yüksək bal toplamış namizədlər 8 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər.

Qeyd edək ki, namizəd seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina edərsə, müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Vumart və Güvən reklamı Vumart Güvən