I qrup gözdən əlil şagird yüksək bal topladı - FOTO

 00:31 04.08.2022     15256

Bu gün I ixtisas qrupu üzrə açıqlanan imtahan nəticələrində ən yüksək bal toplamış məzunlardan biri də Əlizadə Nihatdır.

Redaktor.az xəbər verir ki, Nihat I qrup görmə məhdudiyyətli şagirddir. O, Sağlamlıq İmkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika İnternat Məktəbində təhsil alıb.  

Nihat 596 bal toplayıb. O, fizika fənnindən 27 test tapşırığına doğru cavab yazıb.