Xüsusi təhsil siniflərinə müəllimlərin işə qəbulu yekunlaşır

 15:32 12.08.2022     6283

Avqustun 12-də internat və internat tipli təhsil müəssisələrinin xüsusi təhsil siniflərinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başa çatır.

Bu barədə Redaktor.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, vakansiya seçimi bu gün saat 17:00-da yekunlaşacaq. Vakansiya seçimində iştirak etmək istəyən şəxslər aşağıdakı linkə daxil olaraq müraciət edə bilərlər: //bit.ly/3PaoWRX

Qeyd edək ki, təhsil müəssisələri üzrə mövcud vakansiyalar aşağıdakı cədvəldə təqdim olunur.