Elm vəTəhsil Nazirliyi dezinfeksiyaya 3,63 milyon manat XƏRCLƏYƏCƏK

 17:07 20.08.2022     1538

Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi təhsil müəssisələrə sanitar gigiyena xidmətlərinin (deratizasiya, dezinseksiya və dezinfeksiya) göstərilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Redaktor.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalib “Ecomedi” MMC-dir.

Qalib şirkətə 3,633 milyon manat ödəniləcək (report.az).

Vumart və Güvən reklamı Vumart Güvən