Nazir birinci sinfə qəbul imtahanının ləğvindən DANIŞDI

 12:05 23.08.2022     1023

Elm və təhsil naziri bəzi məktəblərin birinci sinfinə şagird qəbulu imtahanlarının ləğv edilməsi fikirlərinə münasibət bildirib.

Redaktor.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib ki, bəzi məktəblərdə ibtidai sinif üzrə yer az və istək sayı çoxdur.

O qeyd edib ki, bu səbəbdən həmin məktəblərə qəbul üçün müəyyən şərtlər var: "Əvvəl bir çox məktəblərdə birinci siniflərə əvvəl qəbul imtahan şəklində idi, sonra ləğv edilib lisey olaraq qəbulun 5-ci sinifdən aparılmasına qərar verildi. Ümumilikdə isə ölkə üzrə Azərbaycan bölməsinə birinci sinfə şagird qəbulu imtahansızdır".

Vumart və Güvən reklamı Vumart Güvən