Emin Əmrullayev rus bölməsinə qəbulla bağlı problemdən DANIŞDI

 12:54 23.08.2022     1281

“Ölkə üzrə rus bölməsi üzrə yerlər hər zaman məhdud olur. Fiziki olaraq rus bölməsinin sayını artırmaq qeyri-mümkündür”.

Redaktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi brifinqdə bildirib.

Nazir rus bölməsində yerləri artırmağın qeyri-mümkün olmasının səbəbini açıqlayıb:

“Əlavə şagird sayı yeni siniflərin açılması deməkdir. Bu, bir sinifdə 40 şagirdin təhsil alması deməkdir. Təbii ki, bu zaman bizim üçün kadr problemi yaranır. Bu gün bizim imkanlarla mövcud şərait uzlaşmalıdır”.

Vumart və Güvən reklamı Vumart Güvən