Kolleclərə ixtisas seçiminin vaxtı açıqlandı

 15:03 30.08.2022     533

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlandı

Redaktor.az xəbər verir ki, 11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçiminin vaxtı açıqlanıb.

Bu barədə Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Bildirilib ki, 11 illik bazadan kolleclərə ixtisas seçimi sentyabrın 2-dən 7-dək aparılacaq.

Qeyd edək ki, ali təhsil müəssisələrinə ixtisas seçimi ötən gün saat 09:00-da başa çatıb. Nəticələrin 3-4 gün ərzində açıqlanacağı gözlənilir.

Vumart və Güvən reklamı Vumart Güvən