Ali məktəblərə boş qalan plan yerlərinin sayı AÇIQLANDI

 12:17 01.09.2022     1075

"Bütün qruplar üzrə 200-dən yuxarı bal toplayan, lakin müsabiqədən kənarda qalan abituriyentlərin sayı çox azdır".

Redaktor.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

DİM sədri uğur qazana bilməyən abituriyentlərin boş qalan yerlərə ixtisas seçimindən də danışıb:

"Təxminən 2400 plan yeri boş qalıb. Həmin yerlər artıq təqdim edilib. 200-dən yüksək nəticə göstərən və uğur qazanmayanlar abituriyentlər boş qalan yerlərə qəbul üçün seçim etsələr, uğur qazana biləcəklər. 150-200 arası balla müsabiqədən kənarda qalan abituriyentlərin sayı daha çoxdur. Bu bal aralığı üçün təxminən 245 boş yer qalıb".

Vumart və Güvən reklamı Vumart Güvən