Müəllimlərin sertifikatlaşdırılmasının ilkin nəticələri AÇIQLANDI
Təhsilverənlərin sertifikatlaşdırılmasının ilkin nəticələri açıqlanıb.
Redaktor.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib ki, müəllimlərin 98 %-i prosesdə iştirak edib.
O qeyd edib ki, 78 % müəllim ilk mərhələdə uğur qazanıb.
Qeyd edək ki, sertifikatlaşdırılmada 50 baldan yuxarı nəticə göstərənlərin əmək haqlarına 35, keçid balını toplayanların maaşına isə 10 % əlavələr olacaq.












