Peşə təhsili almaq istəyən ali təhsillilərin sayı AÇIQLANDI

 13:15 08.09.2022     493

Bakı şəhəri üzrə peşə təhsili almaq istəyən ali təhsilli şəxslərin göstəricisi açıqlanıb.

Redaktor.az xəbər verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini icra edən Ceyhun Kərəmov “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib ki, bu göstərici ötən il ümumi müraciət və iştirak üzrə təxminən 400 nəfər (3 faiz) təşkil edib.

O qeyd edib ki, həmin şəxslər adətən daha yüksək məvacibli işlə məşğul olmaq istədiyindən əlavə peşəyə yiyələnmək istəyirlər: "Onlar əsasən turizm və İKT üzrə biliyə sahiblənirlər".