Peşə məktəblərinə vakant yerlərin sayı AÇIQLANDI

 13:32 08.09.2022     688

"Bu il peşə məktəblərinə direktor və direktor müavinlərinin işə qəbul müsabiqəsi üzrə 22 direktor və 28 direktor müavini vakansiyası təqdim olunub".

Redaktor.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini icra edən Ceyhun Kərəmov “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, direktor və direktor müavinlərinin işə qəbulu üzrə 581 nəfər müraciət edib və onlardan 323-ü test imtahanında iştirak edib:

"İxtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsi üzrə isə 79 ixtisas fənn müəllimi və 211 istehsalat təlimi ustası vakansiyası təqdim olunmuşdu. Bunun üçün 1328 nəfər müraciət edib və onlardan 765 nəfəri test imtahanında iştirak edib. Yaxın zamanlarda imtahandan uğurla keçmiş şəxslərin iş yerlərinə göndərilməsinə başlanılacaq".