Məktəblərdə 3 mindən çox müəllim yeri boşdur - RƏSMİ

 14:56 08.09.2022     3691

"Azərbaycan məktəblərində təxminən 3 mindən çox müəllim yeri vakantdır".

Redaktor.az xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

O qeyd edib ki, həm ötən il, həm də bu il üçün müəllimlərin işə qəbulu üzrə imtahanlarda təqdim olunan vakant yerlərdən bəziləri boş qalıb:

"Tutulmayan vakant yerlər dərs saatları daha az olan və ucqar yerdəki məktəblərdədir. Bu il təxminən həm müddətli, həm də müddətsiz müqavilə ilə işə qəbul edilənlərin sayı təqribi 6 min nəfərdir. İl ərzində boş qalan yerlərə müddətli müqavilə ilə işə qəbul aparılacaq" (report).