Azərbaycanda 10 min müəllim MİQ-də iştirakdan imtina etdi

 15:57 08.09.2022     4822

“10 000 namizəd müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahan mərhələsində iştirak etməyib”.

Redaktor.az "AzEdu.az"a istinadən xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Media və təhsil dialoqu-2022”də deyib.

“Qeydiyyatdan keçən müəllimlərin iştirak etməməsi təəssüf doğurur. Biz bunun səbəbini bilmirik, lakin bir neçə illərdir bu hal müşahidə edilir”, - deyə direktor bildirib.