İki fəndən tədris aparan müəllimlərin sertifikasiyasına aydınlıq gətirildi

 17:26 08.09.2022     1396

Məktəbdə iki fənn üzrə (riyaziyyat-informatika, tarixi-coğrafiya) tədris aparan müəllimlər üçün sertifikasiyasının hansı formada aparılması məsələsinə aydınlıq gətirilib.

Redaktor.az-ın məlumatına görə, Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib ki, həmin müəllimlərin bir fəndən sertifikasiyası məqbul hesab edilir.

O söyləyib ki, burada müəllimin hansı fənndən daha çox saat dərs dediyi nəzərə alınmalıdır:

"Bununla bağlı yerli idarələrdən məlumat alacağıq. Məsələn, müəllim riyaziyyat fənnindən 18 və zəruri ehtiyaca görə informatikadan 2 saat dərs deyirsə, bu zaman sertifikasiyaya riyaziyyat fənni üzrə cəlb etmək daha uyğun olar. Amma saatlar bərabərdirsə və ya fərq o qədər də böyük deyilsə, seçim müəllimin ixtiyarına buraxıla bilər. Ola bilər ki, 5 ildən sonra da gəlib digər fənn üzrə sertifikasiyadan keçər" (report).