Müraciətlərin az olması acınacaqlı haldır - Fond rəhbəri

 11:57 09.09.2022     828

Biznesin idarə edilməsi, tarix müəllimliyi, Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə Təhsil Tələbə Krediti Fonduna müraciət edənlərin sayı daha çoxdur. 

Redaktor.az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib. 

O qeyd edib ki, mühəndislik ixtisası üzrə müraciətlərin sayının az olması acınacaqlı haldır:

"Bu, gələcəkdə ciddi problemlər yarada bilər. Əgər tələbə oxuduğu 4 il ərzində universiteti əlaçı olaraq bitirirsə, onun borcunun yarısı silinir. Məsələn, tələbənin var 10 min borcu, ancaq bakalavr təhsilini əla qiymətlə bitirib, bu zaman ödəyəcəyi məbləğ 5 min manata düşür".